Runi: “Düşünmürəm ki, Slotda “Liverpul” aurası var”

İngiltərəli sabiq futbolçu Ueyn Runi, “Liverpul”un baş məşqçisi Arne Slot haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in sabiq hücumçusu bunu deyib:

“Slotla bir neçə dəfə görüşmüşəm və o, yaxşı insan kimi görünür. Amma düşünmürəm ki, onda “Liverpul” aurası var. Bəlkə də, bu, Yurgen Klopp (“Liverpul”un keçmiş baş məşqçisi) dövrünün təsiridir, bundan sonra hər kəs üçün çətin olardı”.

Slotun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

“Liverpul” hazırda 26 oyundan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button