Dünən görüş oldu, bu gün qələbə qazandılar

“Qəbələ”də dünən rəhbərliklə futbolçuların görüşü olub.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 26-cı turunda “Kəpəz”i məğlub etdikləri oyundan (2:0) sonra məlumat verib:

“Dünən çox vacib görüş oldu. Klubun idman direktoru Səbuhi Səfiyarlı futbolçularla görüşdü, müzakirələrimiz oldu. Komandaya dəstəyini bildirdi. Bu da oyunçulara psixoloji cəhətdən yaxşı təsir göstərdi. Bunun nəticəsini “Kəpəz”lə oyunda gördük”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button