Dünyanın ən güclü qapıçısı odur – Kasilyasa görə

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas ən güclü qolkiperlərin adlarını çəkib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Kasilyas hazırda ən güclü qapıçı kimi “Real”ın üzvü Tibo Kurtuanı göstərib:

“Bu gün ən güclü Tibo Kurtuadır, baxmayaraq ki, o, hazırda zədəlidir. Sonra Yan Oblak, Mark-Andre ter Stegen və Kepa Arrisabalaqa gəlir. Bəziləri Kepanı tənqid edir, amma o, əla qapıçıdır. Kurtuanı əvəz etmək asan deyil”.

42 yaşlı Kasilyas karyerası boyunca “Real” və “Portu”da çıxış edib. O, 2020-ci ildə karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button