Dünyanın ən bahalı klubları bəlli oldu

“Forbes” jurnalı dünyanın ən bahalı klublarının reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya tarixində ilk dəfə İspaniyanın “Barselona” klubu başçılıq edir. Kataloniya təmsilçisinin qiyməti 4.76 milyard ABŞ dollarıdır.

İkinci yeri 4.75 milyard dollar dəyərə malik Madrid “Real”ı tutur. Yeni siyahıda üçüncü pillədə 4.22 milyard dollar qiymətə malik Almaniya çempionu “Bavariya” qərarlaşıb.

İlk “10-luq”da İngiltərənin 6 klubu – “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Arsenal” və “Tottenhem”lə yanaşı, Fransanın PSJ klubu da yer alıb.

  1. “Barselona” – 4.76 milyard dollar
  2. “Real” – 4.75 milyard dollar
  3. “Bavariya” – 4.22 milyard dollar
  4. “Mançester Yunayted” – 4.2 milyard dollar
  5. “Liverpul” – 4.1 milyard dollar
  6. “Mançester Siti” – 4 milyard dollar
  7. “Çelsi” – 3.2 milyard dollar
  8. “Arsenal” – 2.8 milyard dollar
  9. PSJ – 2.5 milyard dollar
  10. “Tottenhem” – 2.3 milyard dollar
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button