
Ən bahalı müdafiəçilərin adları açıqlandı
Dünya futbolunun ən bahalı müdafiəçisinin adı açıqlanıb.
Komanda.az “transfermarkt”-a istinadən xəbər verir ki, siyahıya “Arsenal”ın fransalı futbolçusu Vilyam Saliba başçılıq edir. Onun bazar dəyəri 78 milyon funt sterlinqdir.
İkinci yeri hər biri 70 milyon funt sterlinq dəyərində olan Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi (PSJ) və Alessandro Bastoni (“İnter”) bölüşürlər. Sonrakı yerləri Nuno Mendeş (PSJ) və Qabriel (“Arsenal”) tutur, onların dəyəri 65 milyon funt sterlinqdir.
Din Heysen (“Real”), Viliam Paço (PSJ), Yoşka Qvardiol (“Mançester Siti), Jürrien Timber (“Arsenal”) və Trent Aleksander-Arnold (“Real”) kimi müdafiəçilərin dəyəri 61 milyon dollar olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



