
“Dünya çempionatına vəsiqə meydanda qazanılmalıdır” – İtaliyalı nazir
İtaliyanın idman naziri Andrea Abodi açıq şəkildə bildirib ki, milli komandanın İran yığmasının əvəzinə dünya çempionatında iştirak etməsinin mümkün olduğuna inanmır.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, o, mundiala vəsiqənin pərdəarxası siyasi intiriqalarla deyil, meydanda təmin edilməli olduğunu bildirib:
“Düşünmürəm ki, bu, bir seçimdir. Dünya çempionatına vəsiqə meydanda qazanılmalıdır, arxa otaqlarda yox”.
ABŞ-nin prezidenti Donald Tramp daha əvvəl açıqlamasında hərbi münaqişələr fonunda DÇ-2026-ya İran millisinin yerinə İtaliya yığmasının qatılmasını təklif etmişdi.
İtaliya millisi ardıcıl üçüncü dəfədir dünya çempionatına vəsiqə qazana bilmir. Mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



