Dünya çempionu “Liverpul”da – Rəsmi

“Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Brayton”dan Aleksis Makallister transfer olunub.

25 yaşlı argentinalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.

Makallister Argentina millisi ilə Qətərdəki son dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button