Silva yeni klubunu dünya çempionatından əvvəl seçmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva tezliklə gələcəyiylə bağlı qərar vermək niyyətindədir. Portuqaliyalı futbolçu mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq və onun üçün əsas namizədlər “Barselona” ilə “Yuventus”dur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva bunu deyib:

“Dünya çempionatından əvvəl yeni klub barədə qərar vermək istəyirəm. Ümid edirəm ki, milli komandaya qoşulanda gələcəyimi biləcəm”.

Portuqaliya millisinin qarşıdan gələn dünya çempionatında ilk oyunu 17 iyunda Konqo yığmasına qarşı olacaq. Komanda daha sonra 23 iyunda Özbəkistan, 28 iyunda isə Kolumbiya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button