Dünya çempionatında 1/4 finala vəsiqə qazanan komandalar bəlli oldu

Misirdə kişi həndbolçular arasında dünya çempionatının 1/4 finalçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, son vəsiqəyə Qətər millisi yiyələnərək, İsveçə rəqib olub. Növbəti mərhələdə İspaniya – Norveç, Danimarka – Misir və Fransa – Macarıstan görüşləri gerçəkləşəcək. Oyunlar yanvarın 27-də keçiriləcək.

Yanvarın 29-da yarımfinal, yanvarın 31-də isə 3-cü yer uğrunda və final matçları nəzərdə tutulub.

Yarış pandemiya səbəbindən azarkeşsiz keçirilir.