
“Dünya çempionatına çağırılsam, çox sevinərəm”
“Barselona”nın qapıçısı Xuan Qarsiya İspaniya millisində debüt etdikdən sonra fikirlərini bölüşüb.
24 yaşlı qapıçı Misir yığması ilə keçirilən yoxlama oyununda (0:0) ikinci hissədə David Rayanı əvəzləyərək, meydana daxil olub və ilk dəfə milli komandanın formasını geyinib. Bundan əvvəl Serbiya yığması ilə oyunda (3:0) qapını Unay Simon qorumuşdu.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, debütünü dəyərləndirən Qarsiya, Simon və digər qapıçılarla əla münasibətinin olduğunu deyib:
“Simon və digər qapıçılarla əla münasibətim var. Dünya çempionatına çağırılsam, çox sevinərəm. Amma indi diqqətimi yenidən “Barselona”ya yönəltməliyəm”.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente daha əvvəl açıq şəkildə Unay Simonu komandanın əsas qapıçısı hesab etdiyini bildirmişdi.
Bizi Facebook-da izləyin



