Dumfris “İnter”in təklifini rədd edib

“İnter” müdafiəçisi Denzel Dumfrislə müqaviləni uzatmaq üçün razılığa gələ bilməyib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Klub rəhbərliyi niderlandlı müdafiəçiyə illik 4 milyon avro maaş təklif edib. Lakin futbolçunun nümayəndələri onun daha 1 milyon avro almaq istəyini əsas gətirərək təklifi rədd ediblər.

Bildirilir ki, tərəflər yeni ildə danışıqların növbəti raundunu keçirməyi planlaşdırırlar. Razılıq əldə olunmasa, niderlandlı futbolçu yay transfer pəncərəsində satılacaq.

Dumfris 2021-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 16 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button