Dortmund “Borussiya”sında ciddi itki

Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa nəhənginin yarımmüdafiəçisi Torqan Hazard zədələnib.

O, Münhenqladbax “Borussiya”sına qarşı keçirdikləri Bundesliqa matçında (3:0) sıradan çıxıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Torqan bir neçə həftə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Belçika yığmasının da üzvü olan Hazard Dortmund klubuna 2019-cu ilin yayında Münhenqladbax “Borussiya”sından transfer olunub. “Lans”ın yetirməsi olan futbolçu 2012-ci ildə “Çelsi”yə transfer olunsa da, London təmsilçisində oynamaq şansı qazanmayıb və “Sulte Varegem”ə icarəyə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button