Donetsk “Şaxtyor”u daha bir legionerini satdı

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun müdafiəçisi Dodonu transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Braziliyadan olan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Florensiya təmsilçisi bu keçidə görə Ukrayna klubuna 14.5 milyon avro təzminat ödəyib. Müdafiəçi yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Dodo “Koritiba”nın yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Sağ cinah müdafiəçisi 2018-ci ildən “Şaxtyor”da forma geyinirdi. O, 2018/19 mövsümündə “Vitoriya Gimaraynş”da icarədə də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button