ÇL: “Doğma stadionumuzda bütün gücümüzü göstərəcəyik”

“Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı oyunçu futbolda təsadüflərin olmadığını bildirib:

“Futbolda təsadüflər yoxdur. Ardıcıl ikinci oyundur ki, heç nədən buraxdığımız qollar oldu. Belə bacarıqlı rəqibə qarşı ən kiçik səhvə yol verə bilməzsən. Biz gördük ki, hər şeyi düzgün etsək, onlarla rəqabət apara bilərik. Doğma stadionumuzda bütün gücümüzü göstərəcəyik”.

Bu komandalar arasında cavab matçı martın 6-da, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button