“Dinamo” yenə Mahirsiz qələbə qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

Zaqreb təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibinə 2:0 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” hazırda turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button