“Dinamo” Mahirsiz darmadağına üzüldü

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 4-cü turdan təxirə salınmş oyunda Zaqreb “Lokomotiv”i ilə qarşılaşıb.

Paytaxt derbisi “Dinamo”nun məğlubiyyəti ilə bitib – 0:3.

Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button