“Bu, əla deyil” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 25-ci turunun “Kristal Pelas”la oyunundan sonra (0:0) danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, qarşılaşmanın əvvəlini bəyəndiyini deyib:

“Matçın əvvəlini bəyəndim. Dinamika yerində idi, ötürmələr yaxşı alınırdı. Məhəmməd Salah topu dirəyə vurdu. Dioqo Jota qapıya baş zərbəsi endirdi. Kodi Qakpo isə oyunun sonlarında daha yaxşı idi. Topu özümüz itirdik, lakin rəqib də aqressiv oynadı. Səfər görüşündə xal qazandıq. Bu, əla deyil”.

“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində 36 xalla 7-ci, “Kristal Pelas” isə 27 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button