Dieqo Simeonenin oğlu “Napoli”də – rəsmi

İtaliyanın “Napoli” klubu növbəti transferi həyata keçirib.

Komanda.az Neapol klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Verona”nın futbolçusu Covanni Simeone mövsümün sonunadək icarəyə götürülüb. 27 yaşlı hücumçu yeni komandasında müəyyən göstəricilərə çatsa, klub onu birdəfəlik almağa məcbur olacaq.

Argentinalı hücumçu ötən mövsüm “Verona”nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Atletiko”nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin oğludur.

Bizi Telegramda izləyin