Dibala zədələndi

“Roma”nın hücumçusu Paulo Dibala İtaliya A Seriyasının 8-ci turunda “Kalyari” ilə oyunda (4:1) zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu oyuna start heyətində daxil olsa da, 40-cı dəqiqədə zədələnərək meydandan çıxıb. Onu Andrea Belotti əvəzləyib.

“Roma” səkkiz oyundan sonra 11 xal toplayaraq 10-cu yerdə qərarlaşıb. “Kalyari” iki xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button