“Dibala oynamalıdır” – millinin baş məşqçisi

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Paulo Dibalanın “Yuventus”dan “Roma”ya keçməsini şərh edib.

Komanda.az “TYC Sports”-a istinadən xəbər verir ki, baş məşqçi, Dibalanın özünü sübut edəcəyinə inandığını deyib:

“Paulonun davamlılığı olmalıdır. Onun texnikası və səviyyəsi göz qabağındadır, amma oynamalıdır. O, Romaya getdi, çünki baş məşqçi (Joze Mourinyo) onu istəyir və bu, bizim üçün yaxşıdır. Bu aylarda Dibala dünya çempionatı üçün komandanın siyahısına düşə biləcəyini sübut edəcək”.

“Roma” Dibalanı iyulun 20-də transfer edib. 28 yaşlı argentinalı futbolçu Roma klubuna azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button