Dibala bunu bacaran 8-ci futbolçudur

“Roma”nın hücumçusu Paulo Dibala İtaliya çempionatının 4-cü turunda “Montsa” ilə qarşılaşmada (3:0) iki qol vurub.

Komanda.az xəbər verir ki, bununla da, 28 yaşlı argentinalı A Seriyasında 100 qol həddini keçib. Dibala bunu 275 matçda bacarıb. Onun “Palermo”da 16, “Yuventus”da 82, “Roma”da 2 qolu var.

Bundan əlavə, Dibala A Seriyasında 50 məhsuldar ötürmə edib. O, 2004/05 mövsümündən sonra İtaliya çempionatında 100 qol vurmağı bacaran və 50 məhsuldar ötürmə edən səkkizinci oyunçudur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button