
“Bəzən dayanıb “mən bacardım” deməli olursuz”
“Bayern”in vingeri Luis Dias uşaqlıq arzusundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu bunu söyləyib:
“Uşaqlıqda Allahdan arzunuzu yerinə yetirməsini, ölkənizin ən yaxşılarından biri, peşəkar futbolçu olmağı diləyirsiz. Amma heç vaxt bu yerə çatacağınızı düşünmürsüz. Biz həmişə hər şeyi adi qəbul edirik, amma bəzən dayanıb “mən bacardım” deməli olursuz”.
Dias 2025-ci ildə 70 milyon avroya “Liverpul”dan “Bayern”ə keçib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir. 29 yaşlı futbolçu son mövsümdə bütün yarışlarda 51 oyun keçirib, 26 qol vurub və 23 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



