“Liqa 1 Premyer Liqadan daha rəqabətlidir” – PSJ-nin futbolçusu

Fransanın PSJ klubunun futbolçusu Anxel di Maria Liqa 1-lə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, Liqa 1-lə İngiltərə Premyer Liqasını müqayisə edib:

“Liqa 1 çox dəyişib, hər il bu çempionatda rəqabət artır. Hər mövsüm komandalar daha da güclənir, qalib gəlmək çətinləşir. Bura ilk gəldiyim illərdə çempionatdakı rəqabət indiki kimi güclü deyildi. Digər komandalar bizə qarşı necə oynayacaqlarının üzərində işləyirlər. Bu, vacibdir və çempionatın güclənməsinə kömək edir.

Bir çox insan Liqa 1-in digər çempionatlardan zəif olduğunu düşünür, amma İngiltərə Premyer Liqasına fikir verin. “Liverpul” əsas rəqibindan 22 xal irəlidədir. Amma eyni vəziyyət bizdə olanda, çempionatın zəif olduğunu deyirlər. Burda çempionat daha rəqabətlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button