Di Mariya qol vurdu, komandası qələbə qazandı

Portuqaliya “Benfika”sı yoxlama matçında İspaniyanın “Selta” komandasını məğlub edib (2:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyada baş tutan görüşün birinci hissəsi qolsuz bərabərliklə bitib.

Qarşılaşmada hesabı 90-cı dəqiqədə Anxel Di Mariya açıb. Bir dəqiqə sonra onun komanda yoldaşı Petar Musa fərqi artırıb və görüşün yekun nəticəsini müəyyən edib.

Yoldaşlıq görüşü çərçivəsində “qartallar” iyulun 25-də “Bernli” ilə, “Selta” isə iyulun 29-da “Lion”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button