Depaydan “Barselona” ilə bağlı açıqlama

Fransanın “Lion” klubunun futbolçusu Memfis Depay karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı niderlandlı futbolçu “Barselona”nın maraq dairəsindədir. Futbolçu özü də bunu təsdiqləyib:

“Baş verəcəkləri gözləyirik. “Lion” rəhbərliyi ilə danışmışam. “Barselona”nın mənə marağı olduğunu bilirəm, amma bu barədə çox şey deyə bilmərəm. Menecerimlə danışmamışam. Məsələylə bağlı ətraflı məlumatım yoxdur”.

Depayın “Lion”la müqaviləsi növbəti mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button