Del Pyero “Yuventus”un yeni prezidenti olacaq? – Açıqlama

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero klubun yeni prezidenti ola biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, bu mövzuda əlavə təzyiq yaratmamağa çağırıb:

“Yuventus”da çalışan hər kəsə böyük hörmətim var. Klubun bir hissəsi olmadan orada çalışan insanların fəaliyyətinə qiymət vermək düzgün deyil. Hazırda klub çətin dövrdən keçir, amma bu səhifəni çevirmək lazımdır. İrəli, “Yuve”!”

Turin təmsilçisi ötən mövsümü İtaliya çempionatının turnir cədvəlində 6-cı pillədə başa vurub. Komanda sonuncu dəfə 2020-ci ildə ölkə çempionu adına sahib çıxıb.

Son vaxtlar Del Pyeronun klub rəhbərliyində təmsil oluna biləcəyi ilə bağlı müxtəlif iddialar səslənsə də, o, bu mövzuda konkret mövqe bildirməkdən yayınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button