
De Yonqun nə vaxt qayıdacağı məlum olub
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq fevral ayının sonunda bud əzələsindən aldığı zədədən sağalır və onun meydana qayıtma vaxtı məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu UEFA Çempionlar Liqasının 1/4 finalının “Atletiko”ya qarşı ilk oyununa hazır olmayacaq. Yarımmüdafiəçinin La Liqanın “Espanyol”a qarşı oyununda heyətə qayıtması planlaşdırılır, lakin baş məşqçi Hans-Diter Flik onu həmin qarşılaşmada da meydana buraxmaya bilər.
“Barselona” dünən La Liqada səfərdə “Atletiko”nu 2:1 hesabıyla məğlub edib. Komanda “Espanyol”a qarşı oyununu isə aprelin 11-də keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



