
De Yonq “Atletiko” ilə cavab oyununa hazır olmaq istəyir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq hələ də komanda ilə ümumi məşqlərə qoşulmayıb.
Komanda.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Buna baxmayaraq, niderlandlı futbolçu yaxın günlərdə keçiriləcək matçlara hazır olacağına inanır. O, La Liqa çərçivəsində “Espanyol”la oyunda bir neçə dəqiqə meydanda olmağı, daha sonra isə UEFA Çempionlar Liqasında “Atletiko”ya qarşı cavab matçında start heyətində çıxış etməyi hədəfləyir.
De Yonq cari mövsümdə 31 oyunda meydana çıxaraq, 1 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Barselona” ilə “Atletiko” arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu aprelin 8-də, cavab matçı isə bir həftə sonra keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



