
De Yonqun rekordu
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubun bütün zamanların ən çox oyun keçirən niderlandlı oyunçusu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunda çoxlu niderlandlı oyunçu çıxış edib, lakin De Yonq indi bütün həmvətənləri arasında rekorda sahib olub. “Selta”ya qarşı La Liqa matçı (1:0) yarımmüdafiəçinin “Barselona”da bütün yarışlarda keçirdiyi 293-cü oyunu olub. Bu, əvvəlki rekordçu, matçı izləyən, De Yonqu şəxsən təbrik edən və ona 293 nömrəli formanı təqdim edən Filipp Kokudan daha çoxdur.
28 yaşlı De Yonq 2019-cu ilin ortalarında 86 milyon avroya “Ayaks”dan “Barselona”ya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



