
“Roma” ilə oyun De Rossinin xoşuna gəlməyib
“Cenoa”nın baş məşqçisi Daniele de Rossi İtaliya A Seriyasının 17-ci turu çərçivəsində “Roma”ya qarşı 1:3 hesablı məğlubiyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan razı qalmadığını bildirib:
“Oyun xoşuma gəlmədi. “Atalanta” və “İnter”ə qarşı matçlarda səhvlər etdik, amma bu gün (dünən) fərqli səhvlər etdik. Meydanda bir az ehtiyatsızlıq və aqressivliyin olmaması lazım idi. Bu, xoşuma gəlmir. Amma zəif oyunun məsuliyyəti həmişə məşqçinin üzərindədir”.
“Cenoa” hazırda A Seriyasının turnir cədvəlində 17-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



