De Bruyne klubundan narazıdır

“Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruyne klubdakı ilk mövsümündən məmnun olmadığını etiraf edib. Belçikalı futbolçu 2025-ci ildə azad agent kimi “Mançester Siti”dən İtaliya klubuna keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Müqaviləmdən bir il qalıb, amma klubla danışmaq istəyirəm. Keçən il mənə dedilər ki, “biz müəyyən bir şəkildə oynayacağıq, bunu edəcəyik”, amma demək olar ki, heç biri gerçəkləşmədi və bu, ümidverici deyil. Futbol oynamaqdan zövq almaq istəyirəm”.

De Bruynenin “Napoli” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bu yaxınlarda isə Antonio Konte “Napoli”nin baş məşqçisi postundan istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button