DÇ: Yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşdi
Avqustun 20-də Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Komanda.az xəbər verir ki, qarşıdakı 3 gündə güləşin klassik növüylə məşğul olanlar mundialda məharətini göstərəcək.
Bu gün keçirilən püşkatma mərasimindən sonra millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/8 final: Elmir Əliyev – Əmirrza Dehbozorgi (İran)
60 kq
1/88 final: Nihat Məmmədli – Vikas Vikas (Hindistan)
63 kq
1/8 final: Ziya Babaşov – Səid Bakayev (Rusiya)
67 kq
Təsnifat: Həsrət Cəfərov – Nestori Mannila (Finlandiya)
72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə)
77 kq
Təsnifat: Elcan Məmmədov – Konrad Kozlovski (Polşa)
82 kq
1/8 final: Murad Əhmədiyev – Saba Mamaladze (Gürcüstan)
87 kq
Təsnifat: Laçın Vəliyev – Mario Vukoviç (Serbiya)
130 kq
1/8 final: Sərxan Məmmədov – Əmirməhəmməd Bayat (İran)
Avqustun 20-də 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər yarışacaq. Bir gün sonra isə digər çəkilərdə yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.
Bizi Facebook-da izləyin