
Meksikadakı iğtişaşlar DÇ-2026-ya təsir edəcək?
BBC-nin eksperti, Nottingem Universitetinin cinayət hüququ kafedrasının dosenti Xavyer Eskauriaka Meksikada baş verən iğtişaşların 2026-cı il futbol üzrə dünya çempionatına mümkün təsirlərini dəyərləndirib.
Bildirilib ki, Meksikanın bir sıra şəhərlərində narkokartel lideri Nemesio Osequera Servantesin mümkün zərərsizləşdirilməsi barədə yayılan məlumatlardan sonra etiraz aksiyaları başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspert narkokartellərin ümumilikdə dünya çempionatının sakit və problemsiz keçirilməsində maraqlı oluqlarını deyib:
“Onlar siyasətçiləri və yerli polisi ələ almaqla yanaşı, restoranlar alır, otellərə sahiblik edir və iqtisadi sistemin bir hissəsinə çevriliblər. Britaniyalıların, amerikalıların və digər turistlərin Meksikaya gələrək pul xərcləməsi və yaxşı vaxt keçirməsi onlar üçün sərfəlidir”.
2026-cı il dünya çempionatı üç ölkədə təşkil olunacaq. Turnirin oyunları ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialın 11 iyun-19 iyul tarixləri arasında keçirilməsi planlaşdırılır.
Bizi Facebook-da izləyin



