
Ançelotti: “Atletiko”nun müdafiəsinə qarşı oynamaq asan deyil”
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko” üzərində qələbədən (2:1) sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyunçuların çox çalışdıqlarını bildirib:
“Oyunçular çox qaçdılar, çox çalışdılar və fərq yaratdılar. Biz yaxşı idik. Yığcam və yaxşı sıxılmışdıq. Rəqibin oyuna nəzarət etdiyi məqamlar oldu, amma çoxlu qol vəziyyətləri yaratdıq. Bu kimi matçlarda hər şey həmişə tarazlıqda qalır. “Atletiko” Avropa səviyyəli komandadır. Belə qarşılaşmanın taleyinin ilk oyunda həll olunacağını gözləmək mümkün deyildi. Cavab matçı üçün bir az yaxşı nəticə qazandıq, bu da bizim məqsədimiz idi. “Atletiko”nun müdafiəsinə qarşı oynamaq asan deyil. Kilian Mbappe və Vinisius Junior çox çalışdı. Onlar gələn həftə də eyni şeyi etməyə hazır olacaqlar”.
Komandalar arasında cavab matçı bir həftə sonra “Metropolitano”da keçiriləcək.
Bizi Facebook-da izləyin


