
DÇ-2026: “Təəssüf ki, Niderland millisi evə qayıdır”
Niderland millisinin kapitanı Vircil van Dayk DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeş yığmasına məğlub olaraq turnirlə vidalaşmalarından sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki , 34 yaşlı müdafiəçi komandasının daha yaxşı çıxış edə biləcəyini etiraf edib:
“Bu, gərgin qarşılaşma idi. Təəssüf ki, Niderland millisi evə qayıdır. Bu, bizim üçün çox ağır məqamdır. Daha yaxşı çıxış edə bilərdik, amma indi bunun müzakirəsinin mənası yoxdur. 11 metrlik cərimə zərbələrinə hazırlaşmışdıq, ancaq bu, bizə kömək etmədi. Komanda məğlub oldu”.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Niderland millisi üç zərbəni dəqiq yerinə yetirə bilməyərək Mərakeşə 2:3 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin



