
DÇ-2026: Türkiyə millisinin oyunlarından birinin başlama saatı dəyişdirilib
Türkiyə millisinin dünya çempionatındakı oyunlarından birinin başlama saatı dəyişdirilib.
Komanda.az “Hürriyet”-ə istinadən xəbər verir ki, Paraqvay millisi ilə qarşılaşma iyunun 20-də, saat 07:00-da start götürəcək.
Matçın daha əvvəl saat 08:00-da başlaması planlaşdırılmışdı.
Türkiyə millisi iyunun 14-də saat 08:00-da Avstraliya ilə, iyunun 26-da saat 06:00-da ABŞ ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



