
DÇ-2026: Skaloni İngiltərə millisi ilə matça sürpriz hazırlayır
Argentina millisində 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə yığmasına qarşı keçiriləcək oyun öncəsi taktiki dəyişikliklər planlaşdırılır.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Ole” nəşri məlumat yayıb.
Baş məşqçi Lionel Skaloni start heyətində bir neçə dəyişikliyə hazırlaşır. Bundan əlavə, dünən keçirilən məşqdə komanda iki fərqli taktiki sxem üzərində çalışıb.
Argentina – İngiltərə yarımfinal matçı sabah keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək. Mundialın ilk finalçısı isə bu gün keçiriləcək İspaniya – Fransa matçından sonra müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



