DÇ-2026-ya aparılmayan futbolçu: “Kiminsə fikrinin yanlış tərəfində qaldım”

“Nottingem Forest”in kapitanı Morqan Gibbs-Uayt İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə düşməməsinə münasibət bildirib.

26 yaşlı yarımmüdafiəçi karyerasının ən məhsuldar mövsümünü keçirib: 18 qol və 7 məhsuldar ötürmə. Buna baxmayaraq, o, millinin baş məşqçisi Tomas Tuxel tərəfindən açıqlanan heyətdə yer almayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu qərardan sonra sərt açıqlama verib:

“Heyətə düşmək üçün kifayət qədər səy göstərmişdim. Sadəcə, kiminsə fikrinin yanlış tərəfində qaldım. Özümü toparlayacam və daha güclü qayıdacam”.

O, həmçinin, baş məşqçinin şəxsi münasibətini də dəyərləndirib:

“Onun mənə zəng edib hər şeyi birbaşa deməsinə hörmət edirəm. Mövsümün bitməsinə sevinirəm, indi yaya fokuslanacam”.

İngiltərə yığmasından kənarda qalmasından sonra futbolçu “Bornmut”la matçda (1:1) cərimə zərbəsindən gözəl qol vurub. “Meşəçilər”in azarkeşləri də narazılıqlarını tribunadan bildirərək, İngiltərə millisinin baş məşqçisinə qarşı şüarlar səsləndiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button