
DÇ-2026: Neymar Haiti millisi ilə matçı buraxacaq
Braziliya millisinin hücumçusu Neymar Haiti yığmasına qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu zədədən sonra bərpa prosesini davam etdirir və hələlik fərdi proqram əsasında məşq edir. O, müalicə ilə yanaşı, fiziki hazırlıq üzərində də çalışsa da, ümumi qrupla məşqlərə qoşulmaq mərhələsinə çatmayıb.
Məlumata əsasən, futbolçu yaxın günlərdə növbəti tibbi müayinədən keçib. Braziliya millisinin məşqçilər heyəti bunu bərpa prosesinin planlaşdırılmış hissəsi kimi qiymətləndirir və hələlik onun oyunlara hazır olacağını gözləmir.
Braziliya millisi 2026-cı il dünya çempionatındakı ilk matçında Mərakeş yığması ilə 1:1 hesablı heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



