
DÇ-2026: Almanlar qapıçı seçimini edib
“Bayern”in qapıçısı Manuel Noyer DÇ-2026-da Almaniya millisinin əsas qolkiperi olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin baş məşqçisi Yulian Naqelsmann telefonla Oliver Baumanna Noyerin baldır zədəsinin pisləşməməsi şərti ilə dünya çempionatında komandanın bir nömrəli qapıçısı olacağını bildirib.
Daha əvvəl milli komanda karyerasını başa vuran 40 yaşlı Noyerin yenidən qayıdacağı bildirilirdi.
“Hoffenhaym”ın 35 yaşlı qapıçısı Baumann bu qərardan məyus olsa da, ancaq dünya çempionatına ikinci qapıçı kimi getməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



