
DÇ-2026: Mbappenin qolu “Real”ı tarixi rekorda yaxınlaşdırıb
“Real”ın fransalı hücumçusu Kilian Mbappenin DÇ-2026-nın 1/4 finalında Mərakeş millisinin qapısından keçirdiyi qol (2:0) klubunu dünya çempionatları tarixinin rekorduna bir addım da yaxınlaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bir dünya çempionatı ərzində eyni klubun futbolçuları tərəfindən vurulan ən çox qol rekordu 18-dir. Bu göstəriciyə “Honved” (Macarıstan – 1954), “Bayern” (2014) və PSJ (2022) sahibdir.
DÇ-2026-da “Real”ın futbolçuları indiyədək 17 qol vurublar. Qarşıda keçiriləcək oyunları nəzərə alsaq, Madrid təmsilçisininin mundialdakı futbolçuları bu göstəricini yaxşılaşdıraraq, klublarının yarışın yeni tək rekordçusu olmasını təmin edə bilərlər. Bunun üçün isə sadəcə iki qol vurmaq lazımdır.
Bir mundial ərzində klub futbolçularının vurduğu qolların sayına görə “Reyms” (1958) 17 qolla “Real”la eyni göstəriciyə malikdir. “Benfika” (1966) və “Barselona” (1994) futbolçuları isə hərəyə 16 dəfə fərqləniblər.
Bizi Facebook-da izləyin



