
DÇ-2026: İspaniya millisi bu gün 1/4 finalda Belçika ilə qarşılaşacaq
Bu gün futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.
Komanda.az xəbər verir ki, mərhələnin ikinci matçında İspaniya və Belçika milliləri üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Fransa millisi ilə qarşılaşacaq.
1/4 final mərhələsinin ilk oyununda Fransa Mərakeşi iki cavabsız qolla üstələyib. Bu mərhələdə Norveç – İngiltərə, Argentina – İsveçrə oyunları da keçiriləcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026, 1/4 final
10 iyul
23:00. İspaniya – Belçika
Baş hakim: Maykl Oliver (İngiltərə)
Los-Anceles stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



