DÇ-2026: “Bu ləkə yaddaşımdan heç vaxt silinməyəcək”

Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde komandasının 2026-cı il dünya çempionatındakı uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən “Real”ın futbolçusu, mundialın qrup mərhələsində mübarizəni dayandırmağın onlar üçün ağır zərbə olduğunu bildirib:

“Mundialla vidalaşmağımızdan bir neçə gün keçib. Yalnız indi baş verənləri tam dərk edirəm. Dünya çempionatında elə ilk mərhələdə mübarizəni dayandırmağı qəbul etmək çox çətindir. Bu ləkə yaddaşımdan heç vaxt silinməyəcək”.

Uruqvay millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində 2 xal toplayaraq, üçüncü yeri tutub və pley-offa yüksələ bilməyib. Turnir iyulun 19-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button