
Anrinin DÇ-2026 üçün favoritləri
Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri bu ilin yayında keçiriləcək DÇ-2026 barədə fikirlərini bölüşərək, turnirin əsas favoritlərini açıqlayıb. O, hesab edir ki, çempionluq uğrunda mübarizədə bir neçə güclü komanda ön plana çıxır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, hazırkı dünya çempionu Argentina millisinin favoritlərdən biri olduğunu bildirib:
“Argentina”ya hörmət etmək lazımdır. Onlar hazırkı dünya çempionudur və çox güclü heyətə sahibdirlər. Onlarda hələ də 10 nömrə altında Lionel Messi var”.
O, həmçinin, Fransa millisi barədə də yüksək fikirlər səsləndirib:
“Fransa millisi də var. Biz ardıcıl iki dünya kuboku finalı oynamışıq”.
Anri üçün üçüncü favorit isə İspaniya yığmasıdır:
“İspaniya millisi həmişə cəlbedici futbol oynayır. İstənilən heyətlə belə, onlardan topu almaq çox çətindir”.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



