DÇ-2022: Seneqal millisi cərimələndi

FİFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını cərimələyib.

Yığmanın oyunçularından heç biri Ekvadora 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin qrup mərhələsinin üçüncü tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.

Komanda.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən, Seneqal millisi 10 min İsveçrə frankı məbləğində cərimə edilib.

A qrupunu 6 xalla ikinci yerdə bitirin Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button