DÇ-2022: Reqraqi tarixə keçdi, Mərakeş ilkə imza atdı

Futbol üzrə Mərakeş milli komandası dünya çempionatları tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

Komanda.az xəbər verir ki, sözügedən komanda buna Qətərdə keçirilən mundialda nail olub.

Mərakeş yığması DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib. Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak etsə də, mərhələ adlaya bilməmişdilər.

Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi də tarixə keçib. O, mundiallar tarixində 1/4 final matçına komanda çıxaran ilk afrikalı mütəxəssis olub. 47 yaşlı mütəxəssis həm də yarımfinala komanda çıxaran ilk afrikalı məşqçiyə çevrilib.

Xatırladaq ki, Valid Reqraqi avqust ayında Vahid Halilhociçin istefasından sonra Mərakeş yığmasının baş məşqçisi təyin olunmuşdu. Afrikalılar yarımfinalda Fransa – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button