Neymar Pelenin bir addımlığında

DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda (4:1) Braziliya yığmasında 76-cı qolunu vuran Neymar Pelenin rekorduna bir addım da yaxınlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçı” bir daha fərqlənsə, milli komandadakı qollarının sayına görə Pele ilə rekorda şərik olacaq.

Dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənə bilib. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) azı üç dünya çempionatında qol vurmağı bacarıb.

Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button