DÇ-2022-ni buraxacaq futbolçu: “Akselə kin saxlamıram”

“Marsel”in yarımmüdafiəçisi Amin Arit zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyəcəyinə dair sosial mediada fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Monako” ilə matçda sıradan çıxan futbolçunun Aksel Disasi ilə mübarizədən sonra zədələndiyi məlum olub. 25 yaşlı mərakeşli futbolçu rəqibə qarşı kinli olmadığını deyib:

“Mən Akselə kin saxlamıram. İkimiz də topla oynadıq. Onun hərəkətlərində qəsdən edilən heç bir şey yox idi”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Mərakeş millisi Belçika, Xorvatiya və Kanada ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button