DÇ-2022: Fransalı qapıçı rekorda şərik oldu

Fransa millisinin qapıçısı Uqo Lloris Almaniya yığmasındakı həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, 36 yaşlı qolkiper bunu Qətərdəki mundialda Mərakeşə qarşı keçirdikləri yarımfinal matçında meydana çıxmaqla bacarıb.

Bu, onun 19-cu matçı olub. Lloris bununla, dünya çempionatlarında ən çox oyun keçirmiş qapıçıların siyahısında almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.

Fransa yığması Mərakeşə qalib gəlməklə finala yüksəlib. Lloris dekabrın 18-də Argentina ilə final matçında da meydana çıxmaqla mütləq rekordçu ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button