AÇ-2024: Sautqeyt “Bayern”in müdafiəçisini milliyə niyə çağırmayıb?

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt millinin və “Bayern”in müdafiəçisi Erik Dayeri 2024-cü il Avropa çempionatı üçün heyətə niyə daxil etmədiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heyətin yığılması üçün bəzi seçimlər edildiyini söyləyib:

“Dayer “Bayern”də özünü yaxşı tərəfdən göstərdi. Bilirəm ki, Münhen klubu onun performansından razıdır. Amma biz Dayerin seçilən oyunçulardan bir qədər aşağı səviyyədə olduğunu düşünürük. Bütün parametrlər üzrə qiymətləndirmə aparılıb, sonra seçim edilib”.

İngiltərə millisi Avropa çempionatının qrup mərhələsində Sloveniya, Danimarka və Serbiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button